Sadio Mane də “Bayern” klubunu tərk etməyə hazırlaşır.
Almaniyanın nüfuzlu “Kicker” nəşrinin məlumatına görə, Münxen klubu seneqallı futbolçuya yeni mövsümdə güvənməyəcəkləri ilə bağlı məlumat verib. Yaxın günlərdə, Manenin transferə çıxarılacağı gözlənilir. “Bayern” rəhbərliyi bunu reallaşdırmaqla klubun məvacib büdcəsinə qənaət etməyi planlaşdırır. Məsələ ondadır ki, Mane hazırda Münxen klubnunda ən çox maaş alan futbolçulardandır. Xatırladaq ki, Sadio ötən yay “Liverpul”dan bundesliqa təmsilçisinə keçmişdi. O, “Bayern”də keçirdiyi 38 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı seneqallı futbolçunun Almaniya klubu ilə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.